Maykl Ceksonun heç yerdə səslənməyən yeni mahnıları VIDEO
İfaçının ölümündən sonra yarımçıq qalmış musiqiləri yeni albomda yer alacaq
1 Aprel 2014 19:55 MədəniyyətPop musiqisinin kralı Maykl Ceksonun yeni albomu işıq üzü görəcək. Diskdə ifaçının bundan öncə heç yerdə eşidilməyən 8 mahnısı yer alacaq. Diskın buraxılış tarixi may ayının 13-ə planlaşdırılıb. 5 il bundan öncə vəfat etmiş məşhur ifaçının ölümündən sonra yarımçıq qalmış musiqi işlərinin sona çatdırılmasında ABŞ-ın qabaqcıl menecer və prodüserləri əməkdaşlıq ediblər. ans
Tamamlanan işlər "XSCAPE" adlı albomda toplanacaq. Yeni albomda eyni adlı mahnı da yer alacaq.
Qeyd edək ki, ifaçının ölümündən sonra ilk dəfə 2010-cu ildə "Sony" şirkəti Maykl Ceksonun pərəstişkarlarını sevindirib. Şirkət ulduzun studiya diski olan "Michael" adlı albomunu istehsal edib.
Dünyanın ən yaxşı müğənnilərinin siyahısında yer alan Maykl Cekson 2009-cu ildə iyun ayının 25-i 51 yaşında vəfat edib. Onun "Thriller" adlı albomu ən çox satılan disk kimi rekordlar kitabına düşüb.