Alla Puqaçova Kirkorovun uşaqlarına analıq edəcək
Maksim Qalkin və Alla iki ay müğənninin uşaqlarına baxacaq
1 Aprel 2014 20:21 MədəniyyətRusiyalı müğənni Alla Puqaçova əkiz övladları ilə yanaşı keçmiş həyat yoldaşı Filip Kirkorovun uşaqlarına da baxmağa vaxt tapıb. ANS PRESS-in məlumatına görə, məşhur müğənni Filip bu aralar Rusiyanı "Eurovision"da dövlətlərini təmsil edəcək ifaçılar ilə ciddi məşqul olur. Xatırladaq ki, mahnı müsabiqəsi may ayının 2-si Danimarkada başlayacaq, Rusiyadan müsabiqəyə Tolmaçev bacıları qatılacaq. Alla Puqaçovca keçmiş həyat yoldaşına indiki həyat yoldaşı Maksim Qalkin ilə birlikdə dəstək olmaq qərarına gəlib. Kirkorovun iki yaşlı qızı Viktoriya və 1,5 yaşlıq Martin ataları üçün darıxmasınlar deyə Alla onları iki ay müddətinə Qryaz rayonunda yerləşən imarətgahına gətirib. A.Puqaçovanın yaxın dostları onunla zarafatlaşmadanda keçməyiblər: "Alla bu yaxınlarda elit uşaq bağçası açmaq qərarına gəlib, buna görə də yavaş-yavaş uşaqları evinə yığır". Bununla əlaqədar olaraq Alla Puqaçova fikirlərini bildirib: "Həyatım artıq öz qaydasına düşüb, saat neçədə nə etmək lazımdır bilirəm. Hər 3 saatdan bir uşaqları yedizdirirəm, vaxtı-vaxtında vanna qəbul edirlər. Bir sözlə uşaqlar mənim həyatımı tam olaraq dəyişiblər, bunlar hamısı hər bir qadına xoş gəlir, mən isə daha da xoşbəxtəm". Alla, Maksim Qalkin və F.Kirkorovun övladlarının fotolarını sizə təqdim edirik.