Türkiyədə Şəhriyar yaradıcılığı qeyd ediləcək

Yaxın vaxtlarda Türkiyə Cümhuriyyətində Məhəmməd Hüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İstanbul-Azərbaycan Türkiyə Dostluq Dərnəyinin rəhbəri Səfər Karakoyunlu deyib ki, sözügedən tədbir rəhbərlik etdiyi dərnəyin təşkilatçılığı ilə baş tutacaq. Dahi Azərbaycan şairi Şəhriyara həsr olunmuş tədbirdə şairin yaradıcılığına nəzər salınacaq, onun şerləri səsləndiriləcək və şairin qələmə aldığı şerlərin sözlərinə yazılmış musiqilər ifa olunacaq. Şəhriyara həsr olunmuş tədbirdə Azərbaycanda da nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31