Y.V.Çəmənzəminlinin 30-a yaxın naməlum məqaləsi tapıldı

  AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilmiş, indiyədək haqqında məlumatımız olmayan 30-a yaxın məqaləsini aşkar etmişdir.

"Yusif Vəzirov",  "Y." imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31