“Qulluqçu Xanım” operasının premyerası olacaq
1 Aprel 2014 11:50 MədəniyyətAprelin 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin "Qulluqçu-Xanım" operasının premyerası olacaq. Maraqlı süjet xətti, şən və sadə melodiyalar üzərində qurulmuş opera ilk dəfədən böyük tamaşaçı marağına səbəb olmuş və uğur qazanıb. "Qulluqçu-Xanım" bu günə kimi dünyanın ən nüfuzlu opera teatrlarının repertuarında möhkəm yer tutur.
Yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist, prezident mükafatçısı İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam əməkdar mədəniyyət işçisi Yusif Babayevdi.
Tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcək.
Azərbaycan Opera və Balet Teatrında ilk dəfə səhnəyə qoyulan bu opera heç şübhəsiz ki, son dərəcə gözəl musiqisi, dekorasiya və kostyumları ilə tamaşaçılar tərəfindən bəyəniləcək və maraqla qarşılanacaq.
Qeyd edək ki, operanın ilk tamaşası 1733-cü ildə baş tutub.