“Eurovision-2014”ün son biletləri aprelin 4-dən satışa çıxarılacaq

Biletlər müsabiqənin yarımfinal və final mərhələləri, həmçinin əsas məşqlər üçündür

"Eurovision-2014" mahnı müsabiqəsinin son biletləri aprelin 4-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.  Biletlər müsabiqənin yarımfinal və final mərhələləri, həmçinin əsas məşqlər üçündür. Biletləri əldə etmək üçün cəmi 10 gün qalıb, nəzərə alsaq ki, biletlər bir neçə gün ərzində bitir finalda iştirak etmək istəyənlər tələssələr yaxşı olar. Xatırladaq ki, 59-cu "Eurovision" mahnı müsabiqəsi bu il Danimarkanın paytaxtı Kopenhagendə mayın 6-dan 10-dək davam edəcək. Azərbaycanı müsabiqədə Dilarə Kazımova "Star a Fire" mahnısı ilə təmsil edəcək. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31