Ebru Gündeşin yeni doğulan qızı ona uğur gətirdi
26 Aprel 2012 14:58 MədəniyyətTürkiyə mətbuatı Ebru Gündeşin yeni reklam anlaşmasından yazır. Lent.az-ın xəbərinə görə, müğənninin Türkiyənin xalça firması ilə reklam müqaviləsi imzalaması bütün diqqətləri onun üzərinə yönəldib.Xəbərlərdə deyilir ki, yenicə ana olan və azərbaycanlı həyat yoldaşı Rza Zərrab tərəfindən hədiyyələrlə "atəşə tutulan" Gündeş üçün daha bir şans yaranıb. Müğənni 450 min dollar müqabilində xalça reklamına çəkilib. Ebru Gündeş bu uğurlu reklam müqaviləsini yeni doğulan Alara adlı qızının ayağının uğurlu olması ilə bağlayıb.İbrahim Tatlısəs, Sibel can kimi məşhurların çəkildiyi bu firmanın reklamında yeni sima olan Ebru Gündeşin reklam çəkilişləri bir günə tamamlanıb. İnanılmaz məbləğlə həmkarlarını geridə buraxan müğənni bildirib ki, həmin pulu həyat yoldaşının aldığı iki yeni villasının dekorasiya işlərinə sərf edəcək