Dünyanın ən gözəl qadınının adı açıqlandı
26 Aprel 2012 14:50 Mədəniyyət"People" jurnalının reytinqində ilk yeri müğənni Beyons tutub. Məşhur müğənni Beyons Noulz "People" jurnalı tərəfindən 2012-ci il üçün dünyanın ən gözəl qadını adlandırılıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, nəşrin dünya gözəllərinin illik reytinqində ilk yeri Beyons tutub. Dəfələrlə "Qremmi" mükafatı qazanan müğənni dünyanın ən gözəl qadını ilə bərabər, həim də "tərz ikonu" adlandırılıb. Beyons "People"nin reytinqində Şarliz Teron, Kristina Hendriks və Keyt Middlton kimi məşhurları geridə qoyub. "İndi mən özümü xüsusilə gözəl hesab edirəm. Bu, ilk növbədə qızımın dünyaya gəlməsi ilə əlaqədardır", - 30 yaşlı müğənni deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31