Emin Ağalarov, Safura Əlizadə Ell&Nikki…

Milli Parkda çıxış edəcəklər

Konsert   "Eurovision-2012"yə həsr olunub

"Azərbaycanın "Eurovision" yarışmasına ev sahibliyi etməsi münasibətilə aprelin 29-da saat 19-00-da Dənizkənarı Milli Parkda açıq havada  "Eurovision" təmsilçilərimizin iştirakı ilə pulsuz konsert keçiriləcək. Milli Park İdarəsindən "Olaylar"a verilən xəbərə görə  konsertin  əsas məqsədi "Eurovision-2012" ərəfəsində əhalinin "Eurovision-2012"  müsabiqəsinə olan marağı daha da artırmaqdır. Fan kluba dəstək məqsədilə keçirilən konsertdə Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov, 2009-cu ildə Azərbaycanı "Euovision"da təmsil etmiş Səfurə Əlizadə və ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək. Konsertdə həmçinin "Eurovision-2012" mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı da gözlənilir. Tanınmış aparıcı Murad Dadaşovun iştirakı  ilə keçiriləcək konsertə giriş  pulsuz  olacaq və iştirakçılara "Eurovision"un Azərbaycandakı rəsmi fan-klubu tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31