Tanınmış müğənni İtalyanın “ Sülhməramlı səfir” diplomunu aldı

Azərbaycanın əməkdar artisti Fidan Hacıyevaya klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə "Sülhməramlı səfir" diplomu təqdim edilib.
Əməkdar artistin Lent.az-a verdiyi xəbərə görə, o, İtalyan dirijoru və pianoçusu Stefano Micelinin dəvət ilə bu ölkənin Berqamo şəhərindəki Donisetti adına teatrda təşkil edilən "Gran Gala" konsertində çxıış edib.
Fidan Hacıyeva İtaliya Simfonik Orkestrinin müşayiəti ilə "Odlar Yurdu" və "Bahar yağışı" əsərlərini ifa edib.  Konsertyi sonunda festivalın təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətlərinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. İtaliyanın bir çox şəhərlərində təşkil edilmiş bu tədbirlərdə iştirake dən sənət adamlarından biri də Fidan Hacıyeva olub. Sənətçi İtaliyada təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün dəvət aldığı üçün şad olduğunu deyib: "Bu şəraiti yaratdığına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği və inkişafı baxımından gördüyü işlər bizim kimi sənətçilərin daha geniş coğrafiyada tanınmasına təkan verir. Buna görə də hər zaman çalışmalıyıq ki, onun etimadını doğruldaq və Azərbaycan musiqisinin təbliğinə öz töhfəmizi verək".  Sənətçi deyir ki, bir neçə ölkədə geniş konsert proqramları ilə çıxış etmək niyyətindədir. Artıq bununla bağlı təkliflər də alıb. Eyni zamanda, italyan dirijoru və pianoçusu Stefano Micelinin Azərbaycana səfərini təşkil etməyi də düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31