“Eurovision”a 1 ay qaldı

“Bakı Kristal Zalı”nda şou hazırlıqları davam edir

May ayında Bakıda keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin möhtəşəm finalına bir ay qalıb. Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, may ayında paytaxtımızın yeni arenası - "Bakı Kristal Zalı"nda "Eurovision 2012"nin 6 qeyri-adi şousu olacaq.Mayın 21-də birinci yarımfinalın əsas məşqi, mayın 22-də birinci yarımfinal, mayın 23-də ikinci yarımfinalın əsas məşqi, mayın 24-də ikinci yarımfinal, mayın 25-də jüri finalı və nəhayət, mayın 26-da "Eurovision 2012"-nin finalı olacaq. Mayın 26-da Azərbaycan təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nın səhnəsinə çıxacaq.Hazırda arenada şou hazırlıqları sürətlə davam edir. Şounun detalları sürpriz olduğu üçün "Bakı Kristal Zalı"ndakı hazırlıqlar təfərrüatı ilə göstərilmir. Azərbaycanın ev sahibliyi edəcəyi yarışmanın keçirildiyi arenadan bir neçə görüntü təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31