"Kuzey Güney": 32-ci seriya VIDEO

Fərhad Kuzeyə rahatlıq vermir

Uzun müddətdən sonra həyatında hər şey yolunda gedərkən Kuzey Fərhadın qaranlıq tərəfi ilə bir daha qarşı-qarşıya qalır. Kuzeylə Zeynəbin münasibətlərinin daha da irəlilədiyinə şahid olan Cemre heç bir halda Kuzeydən vaz keçmək niyyətində deyil. Onun varlığını Kuzeylə münasibətlərinin hər anında hiss etməyə başlayan Zeynəb isə artıq Cemre üzündən narahat olmağa başlayır. İki rəfiqənin arası dəyir. Mətbuata verdiyi müsahibənin "Sinderella man" başlığı ilə yayınlamasından sonra Güneyi sakitləşdirmək Banunun üzərinə düşür. Bu arada Güney Sinanerlərin malikanəsindəki yanğınla bağlı yeni məlumatlar əldə edir və "Burak Çatalcalı" adı ilə ilk dəfə qarşılaşır. Güney çatışmayan hissələri yerinə qoyduqca Sinaner ailəsinin sirrinə daha çox yaxınlaşır.Digər tərəfdən, Simay da Fərhadın bilmədiyi həyatına dair izləri araşdırır. Simay marağına güc gələ bilmədikcə təhlükənin də üzərinə getdiyini hiss etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31