“Gerçəyin üzü”

Qondarma soyqırımla bağlı foto-sərgi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalareyasında "24 aprel-Qondarma Erməni Soyqırımı Günü" ilə əlaqədar olaraq "Gerçəyin özü" adlı foto sərgi keçirilib. Baş İdarədən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, sərgidə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının nümayəndəsi Ziyadxan Əliyev, Türkiyə İş Adamları Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Sərgidə 70-ə yaxın foto nümayiş etdirilib. Tədbirin keçirilməsində məqsəd erməni millətinin ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayiq-sayiq olmasının gənclər arasında təbliğini gücləndirməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31