Uşaqlar arasında şeir müsabiqəsi keçirilib
25 Aprel 2012 16:51 Mədəniyyət"AtaTexnologiya" MMC və "Excelsior Hotel Baku" otelinin dəstəyi ilə müxtəlif uşaq evlərinin uşaqları arasında "Azərbaycan vətənimdir" mövzusunda şer müasbiqəsi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, 55 uşağın iştirak etdiyi müasbiqədə uşaqlar vətənə aid şerlər səsləndiriblər. Ən yaxşı şerin ifaçılarına "AtaTexnologiya" MMC tərəfindən hədiyyələr və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, AtaHoldinq ASC-nin tərkib hissəsində fəaliyyət göstərən "AtaTexnologiya" MMC 2005-ci ilin may ayında fəaliyyətə başlamışdır. Biznes idarəetmə proqram təminatını təklif edən qabaqcıl beynəlxalq şirkəlrlə əməkdaşlıq edən və yerli bazarda həmin məhsulları rəsmi olaraq təklif edən "Atatexnologiya" MMC-nin əsas məqsədlərindən biri bazarda çeşidli İT həllərini təqdim etməkdir. Şirkətin məhsulları müştərilərin biznes porseslərinin daha sürətli və effektiv işləməsini təmin etmək məqsədini daşıyır.