Səbinə Babayeva Belçikaya gedir
25 Aprel 2012 16:50 MədəniyyətAzərbaycanın "Eurovision-2012" təmsilçimiz Səbinə Babayeva növbəti tanıtım turuna hazırlaşır. "OLAYLAR"İA. yarışmanın milli saytına istinadən xəbər verir ki, aprelin 25-də Belçikaya yola düşəcək Səbinə bu ölkənin "Eurovision-2012" təmsilçisi İrisin musiqi albomunun təqdimatı mərasimdə xüsusi qonaq qismində iştirak edəcək. Səbinə ilə İris ötən həftəsonu Amsterdamda keçirilən "Eurovision in Concert" layihəsində tanış olublar. Həmin konsertdə Səbinənin çıxışından sonra İrisin anası təmsilçimizə yaxınlaşaraq onun səsini və mahnısını çox bəyəndiyini deyib. Elə Səbinə Babayevanı Belçikaya məhz İrisin anası dəvət edib. Bu mərasimdə iştirakdan sonra isə Səbinə Babayeva Belçika mediası ilə görüşəcək. Səbinə həmçinin ölkənin ən baxımlı şoularından olan "Voor de Show"nun qonağı olacaq.