Əfsanəvi müğənni parazitə çevrildi
12 İyul 2012 21:47 MədəniyyətABŞ-dakı Arkanzas Universitetinin bioloqu Pol Saykkel Karib dənizinin vircin adalarında yaşayan qansoran xərçəngvari həşərata əfsanəvi reqqi müğənnisi Bob Marlinin adını verib. Alim böyük yamaykalını ələ salmaq fikrində olmadığını deyib. Milli.Az "Reuters"ə istinadən bildirir ki, Karib dənizindəki mərcan riflərində üzən balıqların qanı ilə qidalanan kiçik xərçəng bundan sonra "Gnathia marleyi" adlanacaq. "Parazitə Bob Marlinin adını verməyimin səbəbi onun da Marlinin musiqisi kimi təbiət möcüzəsi olmasıdır. Üstəlik, Marli təki aşkarladığım parazit də Karib regionunun yerli sakinidir. Dünyanın başqa heç bir yerində belə parazitə rast gəlmək mümkün deyil", - dəniz ekologiyası üzrə mütəxəssis Saykkel deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31