Rafael Hüseynovun “Söz heykəli” adlı yeni kitabı işıq üzü görüb

Milli Məclisin deputatı, AMEA Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rəfael Hüseynovun "Söz heykəli" adlı yeni kitabı işıq üzü görüb. AMEA mətbuat xidmətinin məlumatına görə, 732-ci ildə Orxon daş kitabələrində əksini tapmış müdrik "Əbədi abidə tikdim, yazı yazdım" aforizmini epiqraf götürən müəllif 51 çap vərəqi həcmində olan, 816 səhifəlik əsərində əvvəldən sona qədər o şəxsiyyət və o abidələrdən bəhs edir ki, məhz onların hər biri tarixdə yaşamaq haqqı qazanıb. Kitab zəngin arxiv materialları, əlyazmaları, ayrı-ayrı ailələrin qoruyub saxladığı nadir sənədlər əsasında yazılmış, mətnlər maraqlı fotolar, rəngarəng rəsm əsərlərinin reproduksiyaları ilə müşayiət edilir. ("OLAYLAR"İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31