Ərindən boşanan rəfiqəsini hər gün 1 kişi ilə tanış edən aktrisa
12 İyul 2012 13:44 MədəniyyətHollivudun tanınmış aktrisası Cenifer Eniston digər məşhur aktrisa Kortni Koks ilə barışıb. Olduqca isti münasibətdə olan rəfiqələrin dostluğunu həqiqətən nümunə göstərməyə dəyər. Amma diqqət çəkən digər məqam odur ki, Kortni Koks ərindən boşanıb və hal hazırda depressiyadadır. Cenifer rəfiqəsini depresiyadan xilas etmək üçün onu günaşırı yeni kişi ilə tanış edir. Çünki istəmir ki, Kortni keçmiş ərinə bağlı qalsın. Cenifer bildirib ki, Kortni ona doğma insan kimi əzizdir, rəfiqəsinin indiki halı onu həddən artıq narahat edir. "Sevgiyə illərimi vermişəm, buna çox təəssüf edirəm. İstəmirəm sevgili rəfiqəm də mənim çəkdiyim əzabı çəksin, ona görə ona sevgili axtarıram"- deyən Cenifer, bu işdə israrlı görünür. Bu üsuldan bir zamanlar Kortni Ceniferə qarşı istifadə edirdi. Həmin zamanlar Cenifer Bred Pitdən ayrılmışdı. Bunu görən Kortni Ceniferi depresiyadan çıxarmaq üçün onu tez - tez müxtəlif kişilərlə tanış edirdi.