«Top həm düşər, həm qalхar»
Filmimiz festivalda qalib olub
11 İyul 2012 16:21 MədəniyyətRusiyanın Yakutsk şəhərində IV Beynəlxalq İdman Filmləri Festivalı başa çatıb. "Olaylar" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 150 filmdən ibarət əsas müsabiqə proqramı olan kinofestivalda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Portuqaliya, Ukrayna, İran, Özbəkistan və bir çox başqa dövlətlərdən təqdim olunmuş müxtəlif səpkili idman filmləri bir neçə nominasiya üzrə çıxış edib.
Azərbaycan kinosunu festivalda rejissor Arzu Urşanın "Salnamə" studiyasında çəkdiyi "Top həm düşər, həm qalxar" filmi təmsil edib. Sözü gedən film münsiflər heyətinin qərarı ilə festivalın "Ən yaxşı sənədli film" nominasiyasında I yerə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31