Xalq yazıçısı Anarın “Kizil limuzin” adlı hekayələr kitabı özbək dilində nəşr olunub

Azərbaycanın Xalq yazıçısı Anarın "Kizil limuzin" ("Qırmızı limuzun") hekayələr kitabı Daşkənddəki Qafur Qulam adına nəşriyyatda özbək dilində çapdan çıxıb.
Kitabda toplanmış hekayələri özbək dilinə Rüstəm Cabbarov və Erkin Usmanov tərcümə edib.
Ədəbiyyatımızın yaxın dostu Rüstəm Cabbarovun Azərbaycan yazıçılarının povest və hekayələrindən ibarət toplusu da mətbəədədir. Bu nəşrdə həm yaşlı, həm də cavan nəsil yazıçılarımızdan Anar, Sabir Rüstəmxanlı, Hidayət, Elçin Hüseynbəyli, İlqar Fəhmi və digər yazıçıların hekayələri toplanıb.
Azərbaycan ədəbiyyatının tərcüməçisi İsman Kuçkar isə Anarın povest və hekayələrindən ibarət kitabın tərcüməsini başa çatdırmaq üzrədir. Təxminən 15 çap vərəqi həcmində olacaq bu kitab da ilin sonunadək çapdan çıxacaq.(AzərTAc).
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31