Daşkənddə İmadəddin Nəsiminin qəzəl və rubailərindən ibarət kitab çap olundu

Daşkənddəki "Ozbekiston" nəşriyyatında "Dünya poeziyasının inciləri" seriyasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəl və rubailərindən ibarət "Men bu jaxonqa siğmasman" ("Mən bu cahana sığmazam") kitabı özbək dilində nəfis şəkildə çapdan çıxıb.
Kitabı Azərbaycan dilindən tanınmış şair və tərcüməçi Usman Kuçkar və filologiya elmləri namizədi Erqaş Oçilov çevirib.
Erqaş Oçilov kitaba "Cahana sığmayan şair" başlıqlı "Ön söz" də yazmışdır. Materialda böyük şairin həyatı və yaradıcılığı geniş təhlil edilir, müasirləri olan digər Azərbaycan şairləri haqqında söhbət açılır. Müəllif yazır ki, Nəsimini Azərbaycanda nə qədər sevirlərsə, Özbəkistanda da onun adı elə o qədər hörmətlə yad olunur. İndiyədək şairin qəzəllərinə çoxlu muğamlar oxunmuşdur və indi də gənc muğam ustaları onun əsərlərinə müraciət edirlər.
Nəşrdə deyilir ki, bu kitabda gedən qəzəl və rübailər 1973 və 1987-ci ildə Bakıda böyük şairin Azərbaycan dilində çap olunan "Rübailər" və "İraq divanı" kitablarından götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31