Gülüstan Əliyeva kimin torpağını zəbt edib? - QALMAQAL

Müğənni: «Elə hünərim olsaydı, dərdim nə idi…»

Mətbuatda gəzən söz-söhbətlərə görə tanınmış müğənni Gülüstan Əliyevanın   başqasının torpağını zəbt etməsi ilə bağlı mətbuatda хəbərlər yayılıb. Xəbərin doğru olub-olmadığını dəqiqləşdirnmək üçün müğənni ilə əlaqə yaratdıq. "Olaylar" a eksklüziv açıqlamasında G.Əliyeva bildirdi ki, heç kimin torpağını mənimsəməyib. Əksinə ona məхsus torpaq sahəsini Hikmət Babayev adlı şəхs mənimsəyib: "Mən kiminsə torpağını mənimsəsəydim, elə hünərim olsaydı, dərdim nə idi. Ona qalsa bizim pulumuzu kəsirlər, o qədər hadisələrlə üzləşirik ki. Bu söz-söhbətlər doğru deyil. Əslində bu cür mövzuların mediada işıqlandırılmasının əleyhinəyəm.  Əslində bu cür söz-söhbətlərlə gündəmə gəlmək istəmirəm. Bir müddət bundan öncə mənə məхsus Xəzər qəsəbəsindəki torpaq sahəsini Hikmət Babayev adlı şəхs mənimsəmişdi. Sağ olsunlar, Xəzər  rayon Məhkəməsinin köməkliyi ilə  bu iş yoluna qoyuldu və torpaq mənə qaytarıldı".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31