Rəfael Hüseynov “Sabirin saatı” ından yazıb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun "Sabirin saatı" kitabı nəşr edilib. AMEA mətbuat xidmətinin məlumatına görə, Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi münasibəti ilə nəşr edilən kitabda böyük satirikin şeirlərinə çəkilən miniatürlər, ölməz sənətkarın rəssamlarımız tərəfindən canlandırılan həyat yolundan bəhs edən tablolara geniş yer verilib.  Əzim Əzimzadə, Mikayıl Abdullayev, Nəcəfqulu, Asəf Cəfərov, Elçin Aslanov, Ağa Mehdiyev, Nadir Qasımov, Əli Zeynalovun fırçasından çıxmış Sabirin həyatı və yaradıcılığına həsr edilmiş karikaturalar nəşrə xüsusi gözəllik verir. Kitab eyni zamanda ingilis və rus dillərindədir. Kitabda Əzim Əzimzadə və Nəcəfqulunun "Hophopnamə"yə illüstrasiyalarından da istifadə edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31