Türk rejissorun sirli ölümü

Türkiyədəki "İŞ Sanat Kültür Vakfı"nın gənc rejissoru, 39 yaşlı Füsun Meriç Soylu müəmmalı şəkildə vəfat edib.  Onun cəsədi İstanbulun Beyoğlu Cihangir səmtindəki mənzilində tapılıb.
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, rejissorun atası ona uzun müddətdən bəri zəng etsə də, cavab ala bilmədiyi üçün qızının evinə gedib. Ata onda olan açarla mənzilin qapısını açanda qızını döşəmədə uzanmış vəziyyətdə görüb.
Polisdən verilən ilkin məlumata görə, Füsun Meriçin ölümünün səbəbi kəskin ürəktutmasıdır.
Lakin bu, ilk versiyadır və rejissorun qətl qurbanı olduğu da istisna olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31