"Bir daha ərə getmək?" - məşhur müğənninin etirafı

Türkiyənin populyar müğənnilərindən biri Sibel Canın peşəkar karyerasının 25-ci ili tamam olur. İlk albomu 1987-ci ildə satışa çıxmış müğənninin 25 ildə 19 albomu olub.Eyni zamanda Sibel Can Türkiyədə ən çox konsert verən, ən çox proqram hazırlayan müğənnidir.Milli.Az bildirir ki, "Habetürk"ə verdiyi müsahibəsində Sibel Can şəxsi həyatından da danışıb. İndiyədək iki dəfə ərdə olan və 3 övlad anası Sibel Canın yenidən ailə qurmaq fikri yoxdur."Bundan sonra həyatımda kişinin olması mümkün deyil. Ona görə də ərə getmək, yenidən ailə qurmaq məsələsini müzakirə etmək istəmirəm. Olmayan və olmayacaq işi necə müzakirə etmək olar?" - Sibel Can deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31