Pərəstişkarlar: “Rihanna, I love you” deməlidir

Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan edir.  Müğənninin Bakı konsertini təşkil edən "Universal Music Group" şirkətinin Azərbaycan nümayəndəliyi "Omnikomo Music Group" şirkətinin mətbuat xidmətindən "OLAYLAR"a  verilən məlumata görə, müsabiqənin qalibləri oktyabrın 6-da "Crystal Hall"da keçiriləcək konsertin fan-zonasına bilet əldə edəcəklər. Müsabiqənin qalibləri səhnədən bir neçə addım aralı olan bu məkanda pərəstiş etdikləri ulduzun möhtəşəm şousunu izləmək imkanı qazanacaqlar.  Rihannanın pərəstişkarı olan hər bir şəxs qeyd olunan müsabiqədə iştirak edib, sənətçinin "Crystal Hall"da keçiriləcək möhtəşəm şousuna bilet qazana bilər. Bunun üçün fanatlar Rihanna üçün öz video müraciətini çəkməli və ona sevgilərini etiraf etməlidirlər. Pərəstişkarlar "Rihanna, I love you" adlı video-müraciəti [email protected] elektron ünvanına göndərə bilərlər. 
Müsabiqəyə iyulun 10-dа start veriləcək və sentyabrın 1-nə kimi davam edəcək. Müsabiqənin qalibləri sentyabrın 15-ə kimi elan ediləcək.
Müsabiqənin fəal iştirakçıları Rihannanın simvolikası ilə xüsusi prizlər və suvenirlər qazanacaqlar. Bu prizlər və suvenirləri pərəstişkarlar müğənninin "Crystal Hall"da keçiriləcək konsertində əldə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31