Sandıqda yatan çeşmə...
Biz yazmasaq , kim yazacaq
10 İyul 2012 11:09 MədəniyyətYenə də yolum baba yurdum Şamaxıya düşmüşdü. Şamaxılı olsam da, mən bu şəhərdə bir gün də olsun yaşamamışam. (Məlhəmdə kirayələdiyim evin həyətində bir gecə səhərəcən təbiətin gecə gözəlliyini dinləmişəm.Dədə-babası Lahıcdan bu yerlərə köçüb gələn ev yiyəsi toydan hallı gəldiyinə görə səhər tezdən İsmayılliya üz tutmuşam).
Şamaxıya hər il gəlmişəm, getmişəm. Səadət sarayının yanındakı çayxanada tay-tuşlarımla, tanıdığım müəllimlərlə çay süfrəsi ətrafında keçmişləri yada salıb , 3-4 saat söhbət edib Bakıya qayıtmışam. Şamaxıda Məlik kişigildə çörək kəsmişəm, Xınıslıda Miraslan həyətində Şamaxının tarixini vərəqləmişik.
Hər dəfə Şamaxıya gedəndə hökumətin babamın əlindən aldığı mülkümüzə baxmışam, təəssüflənmişəm. Sözün düzü, bu şahanə mülkün bir hissəsini almaq üçün arada iddia ilə məhkəməyə müraciət etmək fikrinə də düşmüşəm. Sonralar bundan səmərə olmaığını düşünüb, fikrimdən daşınmışam. Amma bu yerləri doğma diyar kimi tanımışam, bəyənmişəm.
Bax bu , bizim küçədir. Bura şəhərin mərkəzidir. hər daşı, torpağı mənə çox əzizdir.
...Atamın dayısı Şahalı vəfatından bir neşə il əvvəl deyirdi ki, bir neçə qohumumuz bu küçənin hörmətli şəxslərindəndir. İndi onların böyükləri bu dünyadan köçübllər, kiçiklər keçmişi xatırlamaq istəmirlər, adamdan qaçırlar. Qohumlardam birinin küçəyə açılan pəncərələri neçə illərdir ki, açılmır. Birinin həyətində həmişə qələbəlikdir. Mənə elə gəlir ki, qohum kimi salamlaşmaq istəsəm, elə biləcəklər ki, onlara işim düşüb. Kitabdan söz açsam, onlara, bəlkə də, qəribə gələcək. Burada yadıma bir söz düşdü; indi heç kim heç kimin kitabını oxumur. Hərənin öz kitabı -öz həyatı var.
***
Küçəni ağır-ağır keçən nurani bir qoca ilə hal-əhval tutmaq qərarına gəldim. Şamaxının canlı tarixini tapdım.Məlum oldu ki, bu qoca -Hümmətov Ziya Möhüb Əfəndi oğludur. Şamaxının taninmış elmlər doktorlarından biri, bəlkə də Şamaxıya məhəbbətinə görə mörə birincisi olan Seyfəddi Qəniyevin kitablarının birində Möhüb Əfəndini az-maz tanıyırdım. Möhüb Əfəndinin adın Sabirin "Hophopnaməsində axtardımaapaydım, tapadim.
Natamam orta məktəbi də, texnikumu da fəhlə işləyə- işləyə qurtarıb, Bakıda işləyəndə də, Şamaxıda işləyəndə də həmişə dövlətçiliyə sadiq olub, partiya fəalı olub. Onun adamlarla ünsiyyəti -adamı heyran edir. Yeddi arxa dönənini yaxşı tanıyan Ziya dayının öz adı da, Çuxuryurdda riyaziyyat müəllimi işləyən oğlu Güntəkinin adı da türk dünyası ilə ilgilidir.
Ziya dayının atası islam dinini də, islam tarixini də çox gözəl bilirmiş.Səhv eləmirəsə, 1975-ci ildə 93 yaşında vəfat edib. Evləri bizim mülkün solunda olub. Belə çıxır ki, Möhüb Əfəndinin uşaqlıq illərı babamın və onun qardaşlarının uşaqlıq illəri ilə bir olub.
Möhüb Əfəndi siyası axarın əksinə getməyib, inqilabçılıq etməyi, gəmidə oturub gəmiçi ilə dava -dalaş etməyi lazım bilməyib.Bu barədə fikirlərini dini kitablara istinadən əsaslandırıb. Hadisələri sakit-sakit müşahidə edib , öz işi ilə məçğul olan Möhüb Əfəndini, sən demə, çox ciddi şəkildə izləyirlərmiş. Bir dəfə onu xüsusi orqanların müvafiq şöbəsinə çağırıb, tərcümeyi-halını üzünə oxuyurlar. Əli üzündə qalır: hakimiyyət işləyirmiş. Birillik kursdan sonra Möhüb Əfəndi yeni tipli məktəbdə müəllimliyə cəlb edilir.
Ziya dayı ilə küçənin bir qırağında bir neçə dəqiqə ayaqüstü söhbət etdik. M.Ə.Sabiri əzbər bilirmiş.Hadidən nümunələr söyləyirdi. Atasından bir sandıq ərəb əlifbalı kitab qaldığını söylədikdə söhbətin uzanacağını görüb məni yaxınlıqdakı evinə dəvət etdi. Sandığı açmadı, mən də təkid etmədim. Bu sandıqdakı materialları vaxtı ilə Əli Fəhmi vərəqləyibmiş. Təsadüfə bax:Əli Fəhmi Atamla bir yerdə Azərbaycan Tibb İnstitutunda oxumuşdur.Həmişə Bakıya ezamiyyətə gələndə öz tələbə dostları- Əli Fəhmi, professor T.Tağızadə və başqaları ilə hal-əhval tuturdu. Təkcə Vəli Axundovla əvvəlki dostluq davam etmirdi.Həddindən artıq səmimi dost olan akademik Bəli Axundovun tələbəlik dostları üçün vaxt tapmaması təbii idi.
Yenə də nə isə... Əli Fəhmi Ələkbərov (19.02.1919-12.03.1976) nə qədər təkid etsə də, Möhüb Əfəndi sandıqdakıları qonağa heç göstərməyib. Səmimi söhbət ediblər, Şamaxı ədəbi mühitindən söz açıblar, əruzla bağlı mövzulardan danışıblar... Xoş-beş , on beş.. Bu tanışlıqdan bir müddət sonra Əli Fəhnmi vəfat edir: əruzla, sözlə, söhbətlə bağlı bağlı söhbətlər də bununhla bitir.
Ziya dayının bir neçə kitabını özündə xatirə kimi saxlayanlar da var. Onu ən çox təəssüfləndirən Cəmo Cəbrayılbəylinin xatirələridir. Bu, çox güman ki, Cəmo bəyin 1967-c- ildə nəşr olunan "Xatirələr"idir, yadıma düşür ki, bu kitabı bir neçə ilbundan qabaq yayın elə bu vaxtında Milli Kitabxanamızın oxu zalında oxumuşam. Bəlkə də söhbət biologiya alimi, yazıçı , şair Cəmo bəy Cəbrayılbəylinin "Təbiət hekayəyələri"ndən gedir. Hər halda C.Cəbrayılbəylini bu diyarın yaşlı nəsli yaxşı xatırlayır.
Ziya dayının oğlu Çuxuryurda yaşayır, riyaziyyat müəllimidir.Ərazinin ictimai həyatında fəal içtirak edir. Deyilənə görə atası və babası kimi o d klassik ədəbiyyatı qiymətləndirə bilir. Onunla konuşa bilmədim, evdəkilər zəng etdilər, tapa bilmədilər.Telefon nömrəsini telefonuma yazdım ki, Ziya dayının yadına düşməyənləri ondan soruşum, öyrənim.Sonra fikirləşdim ki,başqa cür başa düşər, özünü oda-közə atar.Yaxşısı budur ki, Çuxuryurda gedəndə xəbərdarlıq etmədən ona da baş çəkim. Sağlıq olsun.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi -Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi.