3 uşağı ilə klip çəkdirən müğənni kimdir?

Tanınmış müğənni Elnarə yeni klip çəkdirir. Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, yaxın günlərdə fərqli formada bir klip çəkilişinə başlayacaq: "Klipə uşaqlarımla birlikdə çəkiləcəyəm. Bu, mənim ideyamdır. Həyat yoldaşım da bu fikri çox yüksək qiymətləndirdi və dəstəklədi". Müğənni yeni imicini də bu klipə görə dəyişdirdiyini deyib: "Saçımı qısa kəsdirəndən sonra bütün günü "uzun saçlarınız hanı" dedilər. İndi də uzatmışam, deyirlər "niyə belədir?" Bilmirəm onlar nə istəyirlər. Amma bu imic mənə çox lazım idi. Bu klip üçün məhz indiki imicimdə olmağım vacibdir. Sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan mahnını müğənninin müqavilə bağladığı, "Centlemen" klipini çəkdirdiyi türk şirkəti tərəfindən ekranlaşdıracaq. Bu məqsədlə çəkiliş qrupu bu həftə Bakıya gələcək.Müğənni, həmçinin Azərbaycan rejissorları tərəfindən klipinə verilən qiymətlərə də aydınlıq gətirdi: "Bizim rejissorlara hörmətim var. Ola bilər, onların klipimə qarşı fikirləri müxtəlif oldu. Ancaq işlədiyim insanlar doğrudan da bahalı insanlardır. Nə deyim? Biz hər hansı bir köynəyi adi mağazandan 5 manata, Almaniyandan 500 manata ala bilərik. Ad məsələsi var. Bilirsiniz ki, mən işlədiyim adamlar Riki Martindən tutmuş, Elton Con, Tarkan, Kənan Doğulu və bir çox tanınmışın konsert və klip çəkilişlərini həyata keçiriblər. 70 milyonluq Türkiyədə ad qazanmış şəxslərdir. Bizimkilər də çəksin, qiymətli olsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31