Diananın filmi qadağan olundu

1997-ci ildə sevgilisi Dodi əl Fayedlə keçirdiyi avtomobil qəzası zamanı ölən Britaniya şahzadəsi Diananın ölümü ilə bağlı çəkilən film qadağan olunub. Dodi əl Fayedin atası Məhəmməd əl Fayedin Londondakı kino şirkəti "Allied Stars" məhkəmə nəticəsində yüksək miqdarda təzminat ödəməmək üçün filmin nümayişini təxirə salıb.

Diana haqqında çəkilən sənədli film avqustun 31-də ABŞ daxil olmaqla, dünyanın bir çox ölkəsində nümayiş olunacaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31