Nənəsi ölən Rianna özünə əl qatdı
9 İyul 2012 17:48 MədəniyyətDünya pop-musiqisinin "gənc kraliçası" sayılan Riannanın ailəsində itki var.Müğənninin nənəsi iki gün əvvəl vəfat edib.Milli.Az TMZ-yə istinadən bildirir ki, nənəsinin Nyu-Yorkdakı dəfn mərasiminə qatılan 24 yaşlı Rianna bir neçə saat sonra "Hackney Weekend" musiqi festivalına qatılıb.Səhnədə ən populyar mahnılarını ifa edən Rianna həmişəki kimi, epataja əl atıb və "What's My Name" mahnısını ifa edərkən arxasını tamaşaçılara çevirərək aşağı əyilib.Media bunu "abırsızlıq" saysa da, Rianna iddiaları rədd edir."Opera müğənnisi deyiləm və səhnədə olanda da bir yerdə durub oxumaq fikrim yoxdur. Bu, mənim stilimdir. Hesab edin ki, səhnədə özümə əl qatıram", - əslən Barbadosdan olan müğənni deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31