“Muhteşem Yuzyıl”dan möhtəşəm addım
Bred Pitt serialın aktyorları sırasında
9 İyul 2012 21:07 Mədəniyyət"Muhteşem Yuzyıl" serialının istehsalçı şirkəti TİMS Production tamaşaçıları təəccübləndirən qərar verib. Yeni mövsümdə serialın oyunçu heyətinə Hollivuod ulduzu Bred Pitin qatılacağı ilə bağlı xəbərlər yayılıb. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur aktyor, serialardan birində qonaq oyunçu kimi yer alacaq. B. Pitt Sultan Süleymanın döyüşlərdən birində qarşı-qarşıya gələcəyi düşmən ordusunun başçısı olacaq. "Muhteşem Yuzyıl"ın rejissoru Timur Savçı da xəbəri təsdiqləyib. Bildirib ki, serial artıq dünyada da maraqla izlənildiyindən layihəni beynəlxalq səviyyəli etmək qərarına gəliblər. Hətta Bret Bitdən başqa digər məşhur ulduzları da seriala dəvət etmək fikrindədirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31