Can Bonomo “ayıldı”
9 İyul 2012 11:55 MədəniyyətBakıda keçirilmiş "Eurovision-2012"də Türkiyəni təmsil etmiş Can Bonomonun şəkərli diabet olması və bu səbəbdən də koma vəziyyətinə düşməsi barədə xəbərlər iki gündür, türk şou-biznesini çalxalayır.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Bonomo Twitter-də dostlarından birini "Haradasan?" sualına "Komadayam, bazar ertəsi gələcəyəm" cavabını yazmasından sonra ara qarışmışdı.Daha sonra məlumat yayıldı ki, bəs Bonomonun meneceri onu İstanbuldakı "Sisus" hospitalının təcili yardım servisinə aparıb, müalicə qısa müddətdə bitəndən sonra müğənni morq qapısından gizlicə çıxarılıb.Şənbə axşamı "Çeşme Aya Yorgi"də konsert verəndən sonra Bonomo bu iddialara cavab vermək qərarına gəlib. "Yalan, boş söhbətlərdir bunlar. Həqiqətən də şəkərli diabet xəstəsi olsaydım, indi arxamdam "Sərxoşdur!" yazacaqsınız.Ayıb olsun sizə! Utanın! Komada-filan deyiləm. Konsertim vardı, gözəl keçdi. Kefim də yerində. Hər oxuduğunuza inanmayın, soyuq daşda oturmayın. Koma vəziyyətində sizə lazım olan bir şey varsa, gələndə gətirim", - Bonomo Twitter-dəki mikrobloqunda yazıb.