Yıldız Tilbe cəzalandı

Türkiyənin populyar müğənnisi Yıldız Tilbe "Show TV" telekanalının reportyoru Seyhan Erdağ ona İbrahim Tatlısəslə bağlı sual verəndə hirsləşmişdi. Tilbe müxbirə "Küçə qadını Seyhan!" demişdi. Müxbir də cavabında müğənnini məhkəməyə vermişdi.Milli.Az "Milliyet"ə istinadən bildirir ki, müxbirin iddiası əsasında məhkəmə prosesi İstanbulda başa çatıb.Məhkəmənin qərarına görə, Tilbe jurnalistə vurduğu mənəvi zərbə ilə bağlı təzminat qismində 1500 lirə ödəməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31