Leonid Aqutinlə Röya eyni səhnədə

Müğənni Röya Ayxan növbəti solo konsertə hazırlaşır. Müğənninin prodüsseri Kənanın "Olaylar"a verdiyi açıqlamaya görə iyulun 22-nə - Milli Mətbuat Gününə təsadüf edəcək konsert proqramında bir sıra sürprizlərin olacağı gözlənilir. Belə ki, konsert jurnalistlərə həsr olunacaq.  Düz iki saat davam edəcək konsert proqramında Röya Ayхan repertuarında yer alan yeni hit mahnılarını səsləndirəcək.

Səhnədə müğənninin tərəf-müqabili isə Rusiya estradasının parlaq simalarından sayılan Leonid Aqutin olacaq.
Biletlərin qiyməti 70 manatdan 150 manat arasında dəyişəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31