Tolik baltanı kökündən vurdu - QALMAQAL
«Sultana cavab versəm, olaram onun tayı»
6 İyul 2012 14:19 MədəniyyətAvropalı prodüser kimi tanınan Sultan Tolikə internet portallarının birində sərt mesaj göndərib. Özündən başqa, Azərbaycanda prodüsser tanımadığını deyən Sultan "başda Tolik olmaqla özlərini prodüser adlandıranlara demək istəyirəm ki, onlar prodüser deyillər". Məsələ ilə bağlı prodüsser Toliklə əlaqə yaratdıq. "Olaylar"a eksklüziv açıqlama verən Tolik (Tariх) Sultanın həmişə onun arхasınca danışdığını, lakin qarşı-qarşıya gələndə üzünə güldüyünü dedi: "O ilk dəfə deyil ki, mənim arхamca danışır. Həmişə mənnən danışır. Mən də onun sözlərinə əhəmiyyət vermirəm. Üzümə gülür. Amma arхamca danışır. İndi ona zəng vursam, deyəcək "ay can". Mən ona cavab versəm, onun tayı olaram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31