“Şou-biznesdən 2 nəfər dünyasını dəyişəcək”
”Onlardan biri gənc nəslin nümayəndəsi, biri isə yaşlı nəslin nümayəndəsi olacaq”
6 İyul 2012 13:56 MədəniyyətTanınmış müğənni-aparıcı Ədalət Qəhrəmanlı ekstrasens Elşən tərəfindən verilmiş proqnoza əsasən, qəzasına uğradı. Bir müddət öncə deyilən sözlərə inanmayan Ədalət baş verən hadisədən şoka düşdü. "Qafqazinfo"ya müsahibə zamanı Ədalət Qəhrəmanlı suallarımıza aydınlıq gətirdi.
- Hadisə baş verməmişdən öncə sizə ekstrasens Elşən tərəfindən ünvanlanan məlumatı təsdiqləyirsinizmi?
- Bu hadisəyə ilk öncə şübhə ilə yanaşırdım, sonra başıma gələnlər mənə sübut etdi ki, Elşən bəy hansı gücə malikdir.
- Ekstrasens Elşən tərəfindən verilmiş proqnoz sizə psixoloji sarsıntı yaşatdı?
- Daha öncə qəza ilə üz-üzə gəlməsəm də, bir çox çətinliklərlə rastlaşmışdım. Sonradan, Elşənin proqnozuna əsasən bu onu göstərdi ki, mənə nəzər dəyib. Vaxtilə, Elşənin mənə verdiyi qoruyucu bir şeyi mən itirdikdən sonra işlərimdə çətinliklər yarandı. Depressiya yaşadım, Lider TV-də yayımlanan "Çempionla Bir Gün" verilişim bağlandı və Ekstrasens Elşənin dediyinə görə aparıcılıq etdiyim veriliş yaxın günlərdə işıq üzü görəcək.
- Baş verən hadisədən sonra ekstrasenslərə olan münasibətiniz?
- Bu hadisəni yaşayanadək inanmırdım!!! Ekstrasens Elşənlə görüşümüzdən sonra ekstrasenslərə olan inamım daha da artdı və Elşənə rəqib görmürəm! Sonda demək istərdim ki, keçirtdiyim qəzadan sonra ayaq üstəyəm, tezliklə yeni mahnılarımla qarşınızda olacağam. Şəxsiyyətinə və Sənətinə hörmət etdiyim ekstrasens Elşən Vətənə geri döndükdən sonra biz yenidən görüşəcəyik.
Baş verən müsahibədən sonra biz ekstrassens Elşən ilə telefon bağlantısı yaratdıq. Suallarımızı kifayət qədər cavablandırmayan, Elşən baş verən hadisələr barədə bizə qısa məlumat verdi.
- Sizin Ədalət Qəhrəmanlı haqqında verdiyiniz proqnoza əsasən, Ədalət maşın qəzasına uğradı. Başqa incəsənət adamları haqqında nə deyə bilərsiniz?
- Şou-biznes nümayəndələrindən 2012-ci ildə 2 nəfər dünyasını dəyişəcək.
- Bunların kim olduğunu bizə açıqlaya bilərsiniz?
- Bu sirr olaraq qalsın. Biri gənc nəslin nümayəndəsi, biri isə yaşlı nəslin nümayəndəsi olacaq.
- Siz Azərbaycanda kimləri özünüzə rəqib bilirsiniz?
- Mən Azərbaycanda özümə rəqib görmürəm. Mənim də ekstrasensə ehtiyacım olur, amma dostum Şaiqin proqnozlarına inanaraq onun mənə dediklərinin bu günkü gündə öz reallığını göstərir. Mənim həyatda dostum yoxdur, amma Şaiqi mənə bağlayan onda olan ekstra hissdir.
Aynur