İçərişəhərdəki muzey sentyabrda açılacaq

AMEA Arхeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən muzey-sərgi zalının rəsmi açılışı sentyabrın sonlarında reallaşacaq. Bu barədə "OLAYLAR"a məlumatı muzey-sərgi zalının müdiri Fərhad Quliyev  verib. Bildirib ki, sərgi zalının test açılışı may ayında olub: "Bakıda Eurovizon keçirilən ərəfədə muzey-sərgi zalı fəaliyyət göstərdi. Lakin bir sıra məsələlər var idi ki, hələ öz həllini tapmamışdı. Ona görə də hazırda orda işlər davam etdirilir". Muzey müdiri bildirdi ki, senyabrın sonlarında builki tədqiqatların arхeoloji materialları da yeni ekspazisiya zalında öz yerini tapacaq.   
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31