“Fatmagül” ərə gedir

Beren Saat və Kənan Doğulu toylarını Çeşmədə etmək istəyirlər

Türkiyənin iki tanınmış simasının toyu üçün hazırlıqlar başlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktrisa Beren Saat ilə müğənni Kənan Doğulu toylarını Çeşmə istirahət zonasında etməyi planlaşdırırlar. Cütlük iyulun 14-də Çeşməyə gələrək toy üçün otelləri gəzməyə başlayacaq. Məlumata görə, toyun məhz bu turizm cənnət məkanında keçirmək Beren Saatın fikri olub. Bu arada Kənan Doğulunun qardaşının "artıq əmi olmaq istəyirəm" sözləri və aktrisanın "Twitter" səhifəsinə tək qaş üzüklə, iki ürək şəkli yerləşdirməsi diqqətləri çəkib. Bəzi qəzetlərdə müğənninin yaxınlarına istinadla yer alan məlumata görə, cütlük toy tarixlərini önə çəkmək istəyir. Bu şayiələr arasında arasında Beren Saatın hamilə olması da səslənir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31