Nazpəri toya hazırlaşır
5 İyul 2012 21:54 MədəniyyətXalq artisti Nazpəri Dostəliyeva yeni layihəsini həyata keçirmək üçün xaricə getməli olacaq. Bu barədə "Qafqazinfo"ya açıqlama verən xalq artisti bildirib ki, onun indi ən böyük layihəsi oğlunun sentyabr ayında olacaq toyudur: "Yeni bir layihəm var, onu həyata keçirmək üçün, Fransaya getməliyəm. Layihə haqqında heç nə demək istəmirəm hələ, qoy sürpriz olsun. İşlərim çoxdur amma hamısını oğlum Əkbərin toyundan sonraya saxlamışam". Nazpəri Dostəliyeva yeni çıxaracağı albomundan da danışıb: "Yeni albomu hazırlayıram. Disk yalnız aşıq mahnılarından ibarət olacaq. Artıq çoxunu studiyada ifa etmişəm. Çalışaram albomum tez bir zamana hazır olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31