Azəri Günelin 2500 Svarovski qaşı ilə bəzədilən paltarı - FOTO
5 İyul 2012 21:08 MədəniyyətMüğənni onu fəqləndirən libasının eksklüziv olduğunu deyir. Milli.Az-ın fotokamerasına yaxın dostlarından biri, bəstəkar-müğənni Nazim Məmmədovun toyunda yaxalanan tanınmış estrada müğənnisi Azəri Günel əyninə yaraşdırdığı qaşlı libasına diqqəti yetirdiyimizi görüncə bu barədə danışmaqdan imtina etmədi: "Brenddir deyib, yalandan öyünmək istəmirəm, sadəcə eksklüziv mənə məxsus olduğunu yaza bilərsiniz.
Türkiyədə illərdən tanıdığım modelyerlərdən birinə ideya verdim ki, mənə sırf qaşlarla bəzədilən paltar hazılasın. Nə qədər əziyyətli bir iş olduğunu başa düşsəm də sağ olsun, istəyimi reallaşdırdı. Ümumilikdə 2500 Svarovski qaşdan hazırlanan geyimi istədim ki, ilk dəfə ən əziz bildiyim dostumun toyuna geyinim".
Müğənni, israrla soruşmağımıza baxmayaraq paltar üçün xərclədiyi məbləği açıqlamadı.