"Buranovskie babuşki" uşaqlara nağıl danışacaq
5 İyul 2012 20:53 MədəniyyətNənələr "Rossiya 1" telekanalında "V qostax u skazki" ("В гостях у сказки") verilişində aparıcı ola bilərlər. Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikincisi olan "Buranovskiye babuşki"nin populyarlığı artır. Nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova "Rossiya 1" telekanalında "V qostax u skazki" ("В гостях у сказки") verilişində aparıcı ola bilər. Bununla yanaşı Rusiya mətbuatının məlumatına görə, müğənni Filip Kirkorov "Buranovskiye babuşki" qrupunu 2013-cü ildə keçiriləcək Eurovision Mahnı Müsabiqəsində yenə də ölkə təmsilçisi qismində görür. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilər. "Hər halda Dima Bilanda bu alınmışdı" - deyə Filip Kirkorov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31