Zibil çəlləyi...
5 İyul 2012 00:01 MədəniyyətArğın Çağdaş
Dünən axşamüstü o çox iyrəndiyim zibil dolusu naylon paketini, sanki
bir sıçan ölüsünü pənslə quyruğundan tuturcasına iki barmağımın ucu
ilə tutub küçənin ağzındaki zibil çəlləyinə atmaq məqsədilə evdən
çıxdım. Bir yeriyib bir də əlimdəki zibil paketınə baxırdım ki,
tovlana-tovlana iki barmağımın ucu xaric , bir yerimə təmas edib
bulaşdırmasın.Zibil çəlləyinə yaxınlaşınca, bir dəstə kirli-pislikli uşaq tərəfindən
çəlləyin ələk-vələk edildiyinin şahidi oldum. Çəlləkdəki bütün zibil paketlərini
didik- didik axtarırdılar. Çəllək elə çəmbərəyə alınmışdı ki ,çox
çətinliklə əlimdəki o çox iyrəndiyim zibil paketini çəlləyə tullaya
bildim. Quzğunların bir həmlədə aslan süfrəsinin leş artığını
qapdıqları kimi, mənim çəlləyə atdığım zibil paketini də elə
quzğuncasına göydə qapıb bir anda qırx- parça etdilər. inkar etməyə
dəyməz o anda özümü; leş artığını quzğunlara buraxan aslanlar kimi
hiss edirdim !
Sonra da bizim evin zibil paketıinə onların dərdinə dəyəcək nələrin
ola biləcəyini mərak edib, bir- iki dəqiqəlik yanlarında durdum.
didişmələrinin sonucu satıla-biləcək tək şey ancaq və ancaq
pilastikdən olan "Hacı-Şakir" şampu qutusuydu!, çuvallarına atdılar.
Birisindən toplanan əski naylon və atıq metalları kimə və neçəyə
satdıqlarını soruşdum. O da mənə bir-bir , hətta o ana kimi əskisinin
yaramaz olduğunu bildiyim ayrı-ayrı metalları neçəyə və kimə
satdıqlarını açıqladı.
Mən də umud dolu üz ifadələrimlə, onlara Allahın " qadir " olduğundan
və onun sayəsində bütün işlərimizin düzələcəyi gerçəyindən bəhs
etdim. Başları ilə sözlərimi təsdiqlədilər. Uşaqlar zibil
didişdirmələrinə, mənsə yoluma davam etdim.