Azərbaycana turist kimi gəlmək istəyən əcnəbilər internet vasitəsilə viza ala biləcəklər
4 İyul 2012 18:07 MədəniyyətAzərbaycanda turistlərin viza alması prosesinin sadələşdirilməsi yönündə işlər aparılır.
Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, turistlər üçün Azərbaycanda vizaların tətbiqi çox rahatdır: "Bütün vizalara nisbətən qiymətlər daha aşağıdır, cəmi 20 dollar civarında".
Ə. Qarayevin sözlərinə görə, viza alınması prosesinin sadələşdirilməsi yönündə hazırda texniki məsələlər həll olunur: "Hər bir əcnəbi internet vasitəsilə müraciət edəndən sonra vizaları 15 gün müddətində əldə edə biləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31