Nazpəri nə geyinir?
4 İyul 2012 22:07 MədəniyyətXalq artisti Nazpəri Dostəliyeva müğənnilərin geyimlərinin adi yox, brend və özəl olmasını vacib sayır. "Qafqazinfo"ya açıqlama verən xalq artisti bildirib ki, səhnədə olan hər bir müğənninin geyim fərqli olmalıdır: "Səhnədə olan hər bir insanın geyimi seçilməlidir. Müğənninin bir libası səhnəyə iki dəfə geyinməsi heç yaxşı bir şey deyil".
Müğənni öz geyimlərini haradan aldığını da açıqlayıb: "Mən bütün geyimlərimi xaricdən alıram. Azərbaycanda bir iki brend dükanlar var ki, onlardan hərdən geyim alıram. Çünki, o mağazaları tanıdığım insanlar işlədir. Orda təmiz brend geyimlər olur. Mən ən çox Fransadan, İtaliyadan, Almaniyadan geyimlərimi alıram. Bakıda olan brend mağazalara inanmıram çoxu saxtadır".
Nazpəri Dostəliyava bu yayı harada dincələcəyi barədə də danışıb: "Bu yayı vətəndə dincələcəyəm. Ən gözəl istirahət vətəndədir. Orucluq ayından sonra isə uşaqlarım və nəvələmlə birlikdə Türkiyəyə gedəcəyəm".