Azərbaycanın ən gözəl qızı seçiləcək
4 İyul 2012 22:03 Mədəniyyətİyunun 4-də Badamdarda yerləşən Kempinski otelində "Miss Azərbaycan 2012" gözəllik müsabiqəsinin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Təşkilat Komitəsinin sədri Anelya Orduxanova bildirib ki, bu il Azərbaycanın ən gözəl qızı adı uğurunda 16 nəfər xanım yarışacaq. Qızların yekun şouya çox ciddi hazırlaşdıqlarını deyən sədr qeyd edib ki, sonda 3 xanıma tac təqdim ediləcək. Müsabiqə iyulun 15-də Mərdəkanda "Sweety Beach"da keçiriləcək. Qeyd edək ki, Anelya Orduxanova "Miss Baku 1996", "Miss Azərbaycan 1997", "Miss Azərbaycan 1999", "Miss Azərbaycan 2000", "Miss Millenium 2001", "Miss Azərbaycan 2002", həmçinin "Miss Xəzər 2002" müsabiqələrinin təşkilatçısıdır. "Sweet production"un təşkilatçılığı ilə keçirilən müsabiqənin baş sponsuru "Jalə" şirələridir.