Tanınmış azərbaycanlı teleaparıcının keçmiş əri nişanlanır
4 İyul 2012 21:56 MədəniyyətLətafət Ələkbərovanın həyat yoldaşı olmuş müğənni Nicat Cəfərovun könül verdiyi xanım bəstəkar Lalə Məmmədovadır. Milli.Az-ın fotokamerası bəstəkar-müğənni Nazim Məmmədovun toyu zamanı bəstəkar, ML təxəllüslü Lalə Məmmədovanı, "Azəri Star" müsabiqəsindən tanınmış müğənni Nicat Cəfərovla görüntüləməyə müvəffəq olub.Rəqs meydançasında etdikləri rəqsləri, masa arxasındakı şirin söhbətləri ilə diqqətimizdən yayınmayan ikilinin yaxın günlərdə münasibətlərini ciddi müstəvidə davam etdirəcəklərini də dəqiqləşdirdik. Nicat bildirdi ki, sevgisini elan etdiyi xanımın barmağına üzük taxıb nişanlandıqlarını hər kəsə bəyan edəcəklər.Sakit təbiətə malik olan Lalə xanım jestləri ilə Cəfərovun sözlərini təsdiqləyib ətraflı danışmaq istəmədi.Məlumat üçün bildirək ki, Nicat bir neçə il bundan əvvəl tanınmış teleaparıcımız Lətafət Ələkbərova ilə qanuni nigahda olub.