Kamal Sunala qarşı vəfasızlıq VIDEO
Sənətçinin məzarını ziyarət etməyə heç bir sənət yoldaşı gəlmədi
4 İyul 2012 16:56 Mədəniyyət12 il öncə aramızdan ayrılan türk kinosunun əfsanəsi Kamal Sunalın anma mərasiminə sadəcə ailəsinin qatılması medianın diqqətini çəkib. "Olaylar"ın türk mətbuatına istinadən verdiyi хəbərə görə, Zəncirliquyudakı məzarı başında ailə üzvləri-anası Səimə Sunal, həyat yoldaşı Gül Sunal, oğlu Əli Sunal və qızı Ezo Sunaldan başqa sənət yoldaşlarından heç kimin olmaması ailəsinin qəlb qırıqlığına səbəb olub. Anım mərasimindən sonra mediaya açıqlama verən Gül Sunal bunları deyib: "12 il bizim üçün çoх çətin keçdi. Amma bu 12 ildə Kamalın arzuladıqlarını həyata keçirə bildik. Ezo və Əli məktəbi bitirdilər. Kompüterdə Kamalın şəkillərini, filmlərini yayımladıq, kitablarını çap etdirdik, sərgisini hazırlamağa davam edirik. O yenə də bizimlə bərabərdir. Amma bu gün sənət yoldaşlarından heç birinin onun məzarı başında olmaması, onu yad etməmələri bizi çoх üzdü".