Şou-biznesin xanımları falçılardan nə istəyirlər?

Yerli şou-biznesimizdə falçılara gedən və getməyən qadın məşhurları kimlərdir? "Qafqazinfo" tanınmış xanım sənətçilər arasında sorğu keçirdib və onların cavabları isə belə olub. Əməkdar artisti Gülyaz Məmmədova fala qəti şəkildə inanmadığını deyib: "Mən fala inanmıram, heç vaxt da getməmişəm. Hər şey Allahın əlindədir". Müğənni Xuraman Şuşalı bildirib ki, o əvvəllər tez-tez falçıya gedirmiş amma indi getmir və inanmır fala: "Axrıncı dəfə 2008-ci ildə falçıya getmişəm, heç dedikləri də düz çıxmadı. Ondan sonra getmirəm. Əvvəllər tez-tez dostlarımla yığışıb kart fallı açardıq, indi daha yox". Rəqqasə Fatimə fala getdiyini desə də, amma inanmadığını da qeyd edib: "Mən fala inanmıram, hər şey Allahın əlindədir. Adamlar var ki, deyir mənə cadu ediblər, gedim falçıya görüm nə deyir. Nə qədər inanmasam da əvvəllər falçıya tez-tez gedərdim. İndi isə heç getmirəm". Müğənni Mehrim deyib ki, o falçıya gedib, amma özü ixtisasca psixoloq olduğundan falçı onun qabağında tər töküb: "Mən nə qədər falçıya getsəm də hamını yalançı çıxartmışam. Bir istəyim var Zirəddinlə görüşmək və onu sınamaq istəyirəm. Görüm qabağımda tər tökəcək, ya yox". İfaçı Xatirə İslam fala inandığını deyib: "Mənim məsələm belədir. Fala inanma, faldan da qalma". Sevda Yəhyayeva da fala inanmayanlardandır: "Mən qəti şəkildə fala inanmıram və getməmişəm də". Günel Ələkbərova fala inandığını deyib və bildirib ki, kim deyir mən fala getmirəm yalan söyləyir: "Mən fala inanıram və tez-tez də qəhvə falı açdırıram, düz də çıxır. Bir şey var ki, hər dəfə fal açdıranda deyilər ki, ağ atlı prinsin gələcək amma gəlib çıxmır. O, deyəsən atla, yox eşşəklə gəlir. Demək olar ki, bütün falçıları tanıyıram və yanlarına getmişəm. Bilirəm çoxu deyəcək ki, ay biz getmirik falçıya, yalan deyilər, hamı gedir". Müğənni Zeynəb Dostəliyeva falçıya inanmadığını deyib və fala gedənlərə də pis baxdığını söyləyib: "Həyatımda bir dəfə fala baxdırmışam. O da olub 1976-cı ildə. Onda qızıma hamilə idim. Bir məşhur falçı var bütün Azərbaycanda tanınır, Mehriban. Onun yanına getdim, UZİ yox idi. Dedim gedim görüm oğlum olar, ya qızım. O, falıma baxıb belə cavab verdi ya qızın olar, ya da oğlu. Məndə güldüm dedim bunu elə özüm bilirdim də. Ondan sonra heç vaxt getmədim falçıya". Aşıq Telli Borçalı da faldan qaçdığını deyib: "Mən taleyə inanıram. Fala heç getməmişəm qəti şəkildə inamım yoxdur". Gənc müğənni Səidə Sultan da falçıların yalançı olduğunu deyib və inanmadığını bildirib: "Nə falçı, mən inanmıram onlara. Hər şey allahın əlindədir bir ona inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31