Aktrisa başını keçəl qırxdırdı

Şarliz Teron o aktrisalardandır ki, "İncəsənət qurban tələb edir" sözlərinə real yanaşır və incəsənət üçün bütün qurbanları verməyə hazırdır. 2003-cü ildə o "Monstr" kriminal dramında xarici görkəmini eybəcər hala salıb və bu ona "Oskar" mükafatını gətirib. Bu günlərdə isə Şarliz Teron Namibiyaya "Sərsəri Maks-4" filminin çəkilişləri üçün gedəcək. Bu filmdə o bir əlli və keçəl olacaq. Aktrisanın hər şeyi yerindədir. Amma, filmə görə o saçlarından məhrum olmağa məcburdur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31