Möhtəşəm evlilik sona çatdı

"Çətin tapşırıq" filminin ulduzu, yaraşıqlı aktyor Tom Kruz boşanır. Həyat yoldaşı Keti Homs bununla bağlı olaraq artıq məhkəməyə müraciət edib. Aktrisanın dostları bildirib ki, onun ailə həyatı karyerasına mane olur. Son 7 ildə aktrisanın qazancı cəmi 25 milyon dollar olub. Halbuki digər aktrisa Kameron Diazın illik qazancı 34 milyon dollar təşkil edir. Qeyd edək ki, bu hadisə dünya mətbuatı tərəfindən diqqətlə izlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31